...

ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb - Tramp

Dünya xəbərləri Materials 8 Aprel 2026 02:42 (UTC +04:00)
ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb - Tramp

Bakı. Trend:

ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə D. Tramp "X" sosial şəbəkəsində yazıb.

"Pakistanın Baş naziri Şehbaz Şərif və feldmarşal Asim Munirlə bu gecə İrana qarşı yönəlmiş dağıdıcı hərəkətləri dayandırmağımı xahiş etdikləri və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına dair razılığına əsasən, İrana qarşı bombardmanı və hücumları iki həftə müddətinə dayandırmağa razılıq verirəm. Bu, ikitərəfli atəşkəs olacaq! Səbəb odur ki, biz artıq bütün hərbi məqsədlərə nail olmuşuq və onları aşmışıq, həmçinin İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh barədə yekun razılaşmanın bağlanmasına çox yaxınıq. İrandan 10 bəndlik təklif almışıq və inanırıq ki, bu, danışıqlar üçün etibarlı əsasdır", - deyə o bildirib.

O qeyd edib ki, ABŞ və İran arasında əvvəlki bütün fikir ayrılıqları həll edilib, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılmasına və rəsmiləşdirilməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti