...

İran İsrailin mərkəzinə ballistik raketlər buraxıb

Dünya xəbərləri Materials 7 Aprel 2026 11:11 (UTC +04:00)
İran İsrailin mərkəzinə ballistik raketlər buraxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailin mərkəzi bölgəsinə ballistik raketlərlə hücum edib.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, kaset başlıqlı bəzi raketlər hava hücumlarından müdafiə sisteminin hədəfindən yayınaraq Roş Haayin, Ramat Haşaron qəsəbələrində və başqa ərazilərdə müəyyən dağıntılara səbəb olub.

Eyni zamanda Eliyat şəhərində həyəcan təbilləri çalınıb. İsrail Müdafiə Qüvvələri (IDF) Eliyata düşən kasetli raketin açıq sadəcə parlatdığını bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti