...

ABŞ İrana hava zərbələri endirib (VİDEO)

Dünya xəbərləri Materials 6 Aprel 2026 16:32 (UTC +04:00)
ABŞ İrana hava zərbələri endirib (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (US CENTCOM) rəsmi "X" səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı strateji-hərbi obyektlərə hədəflənmiş aviazərbələrinin görüntüsünü yayıb.

Trend-in məlumatına görə, videogörüntülərdə gecə və gündüz reydləri zamanı bir sıra hərbi hədəflərin dəqiq zərbələrlə məhv edildiyini görmək olur.

“ABŞ qüvvələrinin İran dərinliklərində hərbi hədəflərə fasiləsiz zərbələr endirdiyi bir vaxtda İranın hərbi imkanları zəifləməkdə davam edir”,- deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti