...

Dağıstanda daşqın nəticəsində bina uçub

Dünya xəbərləri Materials 5 Aprel 2026 22:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanın Maxaçqala şəhərində güclü yağışlardan sonra baş verən daşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub.

Trend xəbər verir ki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə yuyulub və bina şahidlərin gözü qarşısında çökməyə başlayıb. İçəridə insanların olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxliyə və axtarış-xilasetmə işlərini davam etdirir. Şəhər meriyasından bildirilib ki, azı daha dörd çoxmənzilli binanın uçma təhlükəsi mövcuddur və artıq bu binalardan təxminən 300 nəfər təxliyə olunub. Maxaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.

Prokurorluq yaşayış binasının uçması faktı ilə bağlı yoxlama aparır.

Regionda güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədən Maxaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ciddi ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti