...

"Liverpul" sabiq futbolçusunu qaytarmaq istəyir

İdman Materials 4 Aprel 2026 12:56 (UTC +04:00)
"Liverpul" sabiq futbolçusunu qaytarmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fulhem"in futbolçusu Harri Uilson Premyer Liqada klubunu dəyişə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" uelsli vingeri heyətinə qatmaq istəyir.

Uilsonun klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "qırmızılar" mövsümün sonunda azad agent statusunda olacaq 29 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Təcrübəli futbolçu ilə "Tottenhem" də yaxından maraqlanır.

Qeyd edək ki, Harri Uilson "Liverpul"un yetirməsidir. Uels millisinin üzvü 2021-ci ilin yayında Mersisayd təmsilçisindən 14 milyon avro qarşılığında "Fulhem"ə keçib. O, cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti