...

“Barselona” Alessandro Bastonini transfer etmək istəyir

İdman Materials 4 Aprel 2026 08:12 (UTC +04:00)
“Barselona” Alessandro Bastonini transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” klubu Alessandro Bastoninin transferi üçün addım atıb.

Trend xəbər verir ki, katalon təmsilçisi ilkin olaraq 45 milyon avro təklif edib.

Lakin “İnter” bu məbləği kifayət hesab etmir və ən azı 60 milyon avro tələb edir. Danışıqların davam etdiriləcəyi bildirilir.

Qeyd olunur ki, müdafiəçi ilə maraqlanan “Çelsi” ilə mümkün transferi həm “İnter”, həm də futbolçunun özü müzakirə etməkdən imtina edib.

Məlumata görə, Bastoni “Barselona”ya keçəcəyi təqdirdə onun illik maaşı 7 milyon avro olacaq ki, bu da hazırda “İnter”də qazandığından 2 milyon avro çoxdur.

Xəbər lenti

Xəbər lenti