Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir qarşılaşma keçirilib.
Trend xəbər verir ki, “Qarabağ” komandası “Sabah”la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Qarabağ”ın heyətində Kadi Borges 29 və 60-cı dəqiqələrdə fərqlənib. “Sabah”da isə Umarali Raxmonaliyev 23 və 65-ci dəqiqələrdə (penalti) dubla imza atıb.
Yarımfinal mərhələsinin ilk oyununda "Zirə" "Turan Tovuz"a Leroy Mikels və Eren Aydının qolları ilə 0:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.
