...

“VAZ”la avtoxuliqanlıq etdi, həbs olundu (VİDEO)

Hadisə Materials 3 Aprel 2026 09:35 (UTC +04:00)
“VAZ”la avtoxuliqanlıq etdi, həbs olundu (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, o, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti