...

Manat əmanətləri xarici valyuta depozitlərini iki dəfədən çox üstələyib

İqtisadiyyat Materials 3 Aprel 2026 19:19 (UTC +04:00)
Manat əmanətləri xarici valyuta depozitlərini iki dəfədən çox üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.

Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,943 milyard manat, xarici valyuta ilə isə 5,267 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manat və ya 20,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici bu ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 75,9 milyon manat və ya 1,5%, illik nisbətdə isə 363,5 milyon manat və ya 7,4% artıb.

Beləliklə, bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,3 dəfə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti