...

Səudiyyə Ərəbistanı son saatlarda altı dronu məhv edib

Dünya xəbərləri Materials 3 Aprel 2026 11:47 (UTC +04:00)
Səudiyyə Ərəbistanı son saatlarda altı dronu məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə ABŞ, İsrail və İranın iştirakı ilə silahlı münaqişənin davam etməsi fonunda Səudiyyə Ərəbistanı son bir neçə saat ərzində altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava məkanını pozan dronlar müəyyən edilərək, hava hücumlarından müdafiə sistemləri tərəfindən məhv edilib.

Nazirlik dronların hansı ölkəyə məxsus olduğunu açıqlamasa da, əsas şübhələr İrana yönəlib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti