...

Kubada 2 mindən çox məhbus azad edəlicək

Dünya xəbərləri Materials 3 Aprel 2026 08:02 (UTC +04:00)
Kubada 2 mindən çox məhbus azad edəlicək

Bakı. Trend:

Kuba hökuməti qadınlar, 60 yaşdan yuxarı insanlar və əcnəbilər də daxil olmaqla, 2000-dən çox məhbusu əfv yolu ilə azad etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Kubanın Kommunist Partiyası bildirib.

"Məhbuslara qanunla müəyyən edilmiş güzəştlərin verilməsi prosesi çərçivəsində Kuba hökuməti əfv yolu ilə 2010 məhbusu azadlığa buraxmaq qərarına gəlib", - deyə partiya "X" sosial şəbəkəsində yazıb.

Qeyd edilib ki, bu "humanitar və suveren qərar" "məhbusların törətdiyi cinayətlərin mahiyyətinin hərtərəfli təhlilindən, onların həbsxanadakı təxmini davranışlarından, eləcə də cəzalarının əhəmiyyətli bir hissəsini çəkmələrindən və sağlamlıq vəziyyətlərindən" sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti