...

Türk Dövlətləri Təşkilatı WUF13-də iştirak edəcək - Kubanıçbek Ömüralıyev

Siyasət Materials 3 Aprel 2026 17:01 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı WUF13-də iştirak edəcək - Kubanıçbek Ömüralıyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) Ümumdünya Şəhərsalma Forumunun (WUF13) may ayında Bakıda keçiriləcək 13-cü sessiyasında iştirak edəcək.

Bunu Trend-ə v TDT baş katibi Kubanıçbek Ömüralıyev özəl müsahibəsində bildirib.

“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində TDT xətti üzrə tədbir planlaşdırılıb. “UN-Habitat” ilə qarşılıqlı anlaşma memorandumu olduğuna görə Forumda fəal iştirak edəcəyik”, – deyə K. Ömüralıyev bildirib.

Qeyd edək ki, WUF13 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində baş tutacaq. Tədbir müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclər və akademik dairələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti