...

İran səmasında vurulan PUA ilə əlaqədar izahat istəyir – XİN

Dünya xəbərləri Materials 3 Aprel 2026 19:07 (UTC +04:00)
İran səmasında vurulan PUA ilə əlaqədar izahat istəyir – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ötən gün Şiraz şəhərində vurulan PUA-nın Fars körfəzinin 2 ölkəsindən hansına aid olmasına dair izahatın verilməsini istəyir.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün Şiraz şəhərində vurulan PUA-nın ilk baxışda “MQ9” olduğu nəzərə çarpsa da, sonrada bu PUA-nın “Vinq Lonq 2” PUA-sı olduğu müəyyənləşib. Bu da Fars körfəzinin cənubunda yerləşən iki ölkəyə məxsusdur.

Bəqai bildirib ki, bu PUA-nın qalıqları ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarında bəzi region ölkələrinin aktiv və birbaşa şəkildə iştirakına dair yeni fakt ola bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti