Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,002 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 562 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 27,7 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 462,5 milyon manatının ödəmə vaxtı keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,332 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 99,5 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin martın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,615 milyard manat və ya 10,4% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 15,8 milyon manat və ya 0,4% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,458 milyard manatını qısamüddətli, 23,213 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,315 milyard manatını qısamüddətli, 3,017 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.
