...

Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı artıb

İqtisadiyyat Materials 2 Aprel 2026 17:07 (UTC +04:00)
Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin mart ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı ötən ayla müqayisədə 1,9 faiz bəndi artaraq, 37,92 faizə çatıb.

Trend bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

Məlumata görə, bu ay Azərbaycanda ən populyar ikinci əməliyyat sistemi isə "Microsoft Windows" olub. Sistemin bazar payı fevral ayı ilə müqayisədə 5,21 faiz bəndi azalaraq 26,33 faiz təşkil edib.

Üçüncü yerdə isə 18,62 faiz bazar payı ilə "iOS" qərarlaşıb (ötən ayla müqayisədə 1,5 faiz bəndi həcmində artım müşahidə olunub)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti