Bakı. Trend:
Maliyyə Nazirliyi Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirib.
Trend-in sorğsuuana cavab olaraq nazirlikdən bildirilib ki, 2025-ci il üzrə dövlət büdcəsindən universitet üçün ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsil xərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrılıb:
"Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.
Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımla nəzərdə tutulmuşdur. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub".
Qeyd edək ki, Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunur. Qərbi Kaspi Universiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmış vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması ilə belə bir problem ortaya çıxdığını bildirir.
Universitet problemlər bağlı Maliyyə nazirliyinə müraciət etdiyini, lakin hələlik rəsmi cavab alınmadığını qeyd etmişdi.
