...

Manatın dövretmə sürəti azalıb

İqtisadiyyat Materials 2 Aprel 2026 17:17 (UTC +04:00)
Manatın dövretmə sürəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin fevralın 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd və ya 12,4% azalıb.

Belə ki, bu ilin fevralın 1-nə manatın dövretmə sürəti 2,84 bənd, ötən ilin martın 1-nə isə 3,23 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti