Bakı. Trend:
2026-cı ilin fevral ayı ərzində Azərbaycanda kartlardan istifadə etməklə həyata keçirilmiş daxili nağdsız ödənişlərin həcmi 8,2 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Qeyd olunur ki, nağdsız ödənişlərin ümumi həcmində elektron ticarətin payı 7,171 milyon manat olub.
“Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar vasitəsilə, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən etibarən ödəniş kartlarından istifadə etməklə həyata keçirilmiş daxili nağdsız əməliyyatların həcmi daxili kart əməliyyatlarının ümumi həcmində 69,7 faiz təşkil edib”, – deyə bankdan bildirilib.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min ədədə çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb.
