...

Prezident İlham Əliyev Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında Əsasnamələri təsdiq edib - FƏRMAN

Siyasət Materials 3 Aprel 2026 16:25 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında Əsasnamələri təsdiq edib - FƏRMAN
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” təsdiq edilməlidir.

“Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilməlidir.

“Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” təsdiq edilməlidir.

“Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilməlidir.

Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti