Bakı.Trend:
Abşeron rayonu, Saray qəsəbəsində 1 nömrəli tam orta məktəb əsaslı təmir ediləcək və 960 şagird yerlik əlavə korpus tikiləcək.
Trend xəbər verir ki, tender Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilib.
Tender üçün ehtimal olunan məbləğ bir milyon üç yüz doxsan iki min altmış doqquz manat 78 qəpikdir. Təkliflər aprelin 30-u 18:00-dək qəbul ediləcək.
Qeyd edək ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbi Abşeron rayonunun iri ümumtəhsil müəssisələrindən biridir. Mövcud təmir və genişləndirmə layihələri məktəbin şagird tutumunun artırılmasına və tədris şəraitinin yaxşılaşdırılmasına yönəlib.
