Bakı. Trend:
ABŞ polad, alüminium və mis məhsullarına idxal rüsumlarını azaldıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.
Məluata əsasən, 2025-ci ildə tətbiq edilən 50%-lik rüsum ABŞ-yə idxal edilən və "əsasən və ya tamamilə sadalanan metallardan ibarət" məhsullar üzərində qüvvədə qalacaq. Bununla yanaşı, yalnız qismən onlardan ibarət olan mallara 25% həcmində rüsum, müəyyən növ istehsal avadanlıqları və ya elektrik şəbəkələri üçün avadanlıqlara isə 15% rüsum tətbiq olunacaq.
ABŞ-yə idxal edilən və yalnız Amerika mənşəli polad, alüminium və ya mis tərkibli məhsullara tətbiq edilən rüsum 10% olacaq. Tərkibində 15%-dən çox olmayan polad, alüminium və ya mis olan məhsullar rüsumlara cəlb edilməyəcək.