...

İsrail SEPAH-ın Tehrandakı hərbi bazalarından birini bombalayıb

Dünya xəbərləri Materials 2 Aprel 2026 12:10 (UTC +04:00)
İsrail SEPAH-ın Tehrandakı hərbi bazalarından birini bombalayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Hərbi Hava Qüvvələri Tehrana hədəflənmiş növbəti aviareydlər zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarına məxsus bazalardan birinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X” səhifəsində məlumat yayılıb.

İsrail tərəfinin versiyasına görə, hədəf alınan obyekt İslam Respublikasının Silahlı Qüvvələrinin mərkəzi bölmələrindən biri olub. Məlumatda bildirilir ki, bundan əlavə mobil komanda məntəqələri və raket anbarı da zərbələrə məruz qalıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti