Bakı. Trend:
Qlobal sistemdə mövcud olan tıxanıqlıq və zəiflik səbəbindən, təəssüf ki, böhranlar həll olunmadan qalmaqdadır. İran, İsrail və ABŞ arasında artan gərginlik Türk Dövlətləri Təşkilatının coğrafiyası da daxil olmaqla geniş bir ərazidə sülhü təhdid edir.
Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
"Bu prosesin məqsədi bölgəni addım-addım qeyri-sabitliyə
sürükləməkdir. Davam edən münaqişə, xüsusilə Hörmüz boğazı başda
olmaqla enerji xətləri və qlobal iqtisadi sabitlik üçün ciddi
risklər yaradır.
Kritik infrastruktur və enerji obyektlərinin hədəfə alınması isə
həm regionu, həm də qlobal iqtisadiyyatı geri dönülməz fəlakətə
sürükləyə bilər. Gözləntimiz münaqişələrə bir an öncə son qoyulması
və diplomatiyaya dönüşün təmin edilməsidir", - deyə vitse-prezident
bildirib.
