Bakı. Trend:
İsrail ordusunun Livanda Litani çayının şimalında yerləşən Kfar Sir rayonunda endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Livan dövlət mediası məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin aviareydləri eyni zamanda Yatar, Haruf və Zibdin adlə ərazilərdə həyata keçilib.
Bu arada İsrailin "12-ci" telekanalının məlumatına görə, Livandan İsrailin sərhədyan ərazilərinə atılan raket zərbələri nəticəsində Kiryat Şmona şəhərində nəfər yüngül xəsarətlər alıb. Zərərçəkənlər 85 və 34 yaşında kişilərdir.
Raket zərbəsi həmin ərazidə yerləşən yaşayış binasına ciddi ziyan vurub.
