Bakı. Trend:
Artıq qeyri-pedaqoji ixtisaslara malik şəxslər də Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edə bilərlər.
Trend Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.Aşağıdakı siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
