...

Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini dəyərləndiriblər

İqtisadiyyat Materials 1 Aprel 2026 15:54 (UTC +04:00)
Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini dəyərləndiriblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.

"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.

Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və cari məsələlər ətrafında müzakirələr apardıq".

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi 11,944 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,569 milyon ABŞ dolları və ya 4,2 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti