...

"İnter" və "Milan" eyni futbolçunu transfer etməyi planlaşdırır

İdman Materials 1 Aprel 2026 14:00 (UTC +04:00)
"İnter" və "Milan" eyni futbolçunu transfer etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seneqal milli komandasının kapitanı Sadio Mane Avropaya geri qayıtmağa hazırlaşır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu indi də “İnter”in transfer siyahısına düşüb.

“Nerazzura” artıq indidən təcrübəli futbolçu ilə danışığa keçib. Lakin keçidin baş tutub-tutmayacağı mövsümün sonunda bəlli olacaq. Məsələ burasındadır ki, Maneyə təkliflər çoxdur və o, qərar verməkdə tələsmir. Onu istəyən klublardan digəri də eyni şəhəri təmsil edən “Milan”dır. Mane 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir.

O, daha əvvəl “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverpul”, “Bavariya” klublarının formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti