Bakı. Trend:
Dünya bazarında neft qiymətləri 2026-cı ilin mart ayında əhəmiyyətli artım göstərib.
Trend xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında qeyd olunub.
Məlumata görə, 2026-cı ilin iyun ayı üzrə Brent markalı neftin fyuçers qiyməti mart ayında 42,02 faiz artaraq bir barel üçün 103,97 dollar təşkil edib.
Eyni dövrdə may ayı üzrə WTI markalı neftin qiyməti isə 50,66 faiz yüksələrək 101,38 dollara çatıb.
