...

Səudiyyə Ərəbistanına dron və raket hücumu – Yaralılar var

Dünya xəbərləri Materials 31 Mart 2026 13:46 (UTC +04:00)
Səudiyyə Ərəbistanına dron və raket hücumu – Yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının mərkəzi bölgəsində yerləşən Əl-Xərc şəhərində hava hücumlarından müdafiə sistemlərinin zərərsizləşdirdiyi pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yerə düşməsi nəticəsində azı 2 nəfər xəsarət alıb, altı evə ziyan dəyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Əl-Hərcada PUA qalıqlarının yerə düşməsi nəticəsində iki nəfər yüngül xəsarətlər alıb”,-deyə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin bəyanatında bildirilir.

Səudiyyə Ərəbistanı gün ərzində İrandan buraxılan 8 ballistik raketi zərərsizləşdirib, onlardan üçünün paytaxt Ər-Riyad istiqamətində irəliləyib.

Ölkənin müdafiə nazirliyinin məlumatına görə, bundan başqa ötən saatlar ərzində ölkənin hava məkanını pozan 10 pilotsuz uçuş aparatı aşkarlanaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti