Bakı. Trend:
Rusiyanın Tatatıstan Respublikasında neft-kimya zavodunun ərazisində güclü partlayış baş verib.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayışdan sonrta müəssissədə yanğın meydana gəlib. Nijnekamsk şəhərinin meri Radmir Belyayev bildirib ki, hazırda yanğın ocağının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Hadisə yerinə eyni zamanda 19 təcili tibbi yardım briqadası səfərbər olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılır.
Qeyd edilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Partlayışın səbəbləri barədə hələl ki, rəsmi məlumat yoxdur.
İnsidentin baş verdiyi zavod neft-kimya istehsalçısı olan "SİBUR" şirkətinə məxsusdur. Şirkət sintetik kauçuk və plastik materialların istehsalı üzrə ixtisaslaşıb.
"SİBUR" dünyanın aparıcı neft-kimya istehsalçıları sırasında yer alır.
