Bakı. Trend:
COMEX birjasında 2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə olaraq troy unsiyası üçün 75 dollardan yuxarı qalxıb.
Trend xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 20:41-ə olan məlumata görə, gümüşün qiyməti troy unsiyası üçün 75,125 dollar təşkil edib ki, bu da 6,46 faiz artım deməkdir.
Saat 20:46-ya olan göstəricilərə əsasən, fyuçers müqaviləsinin artımı bir qədər zəifləyib və qiymət unsiya üçün 74,84 dollar (+6,05 faiz) səviyyəsində qərarlaşıb. Eyni zamanda, 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçersləri troya unsiyası üzrə 4670,7 dollar (+2,48 faiz) olub.
