...

ABŞ Yaxın Şərqə əlahiddə desant qüvvələrini göndərib

Dünya xəbərləri Materials 31 Mart 2026 10:55 (UTC +04:00)
ABŞ Yaxın Şərqə əlahiddə desant qüvvələrini göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusunun əlahiddə 82-ci hava-desant diviziyasının minlərlə hərbi qulluqçusu Yaxın Şərqə gəlməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" öz məlumatlı mənbələrinə istinadən informasiya yayıb.

Məlumata görə, bölgəyə dislokasiya olunmuş bölmələr arasında diviziya qərargahı, maddi-texniki təchizat hissələri, briqada-döyüş qrupu yer alır.

Daha əvvəl regiona minlərlə dənizçi və dəniz piyadası da göndərilmişdi.

“Al Jazeera” telekanalının mənbələrinin bildirdiyinə görə, desantçılar həftə ərzində gəlməyə davam edəcəklər. Ümumilikdə bölgədə diviziyanın 3 min hərbi qulluqçusu yerləşdiriləcək.

"Reuters" mənbələri qeyd edib ki, hələlik İran ərazisinə qoşun yeridilməsi ilə bağlı qərar qəbul olunmayıb. Müzakirə edilən variantlar arasında İranın neft ixracının 90 faizinin keçdiyi Xarq adasının ələ keçirilməsi, həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti