Beyləqan. Trend:
Beyləqan rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.
Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Toğrul Atakişiyev küçəsində baş verib.
Rayon sakini, 1967-ci il təvəllüdlü Familə Hüseynova sirkə turşusundan zəhərlənib. O, yaxınlarının köməyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
