Bakı. Trend:
COMEX birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 20 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1 troy unsiyası üçün 4700 dolları keçib.
Trend xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti 3,15 faiz artaraq 1 troya unsiyası üçün 4701,1 dollara çatıb.
Saat 22:25-ə qədər fyuçerslər artım tempini bir qədər itirərək 1 unsiya üçün 4694,9 dollar (+3,01 faiz) səviyyəsinə enib.
Bu arada, 2026-cı ilin may ayı üçün çatdırılma nəzərdə tutulan gümüş fyuçersləri 1 troya unsiyası üzrə 75,275 dollar (+6,67 faiz) səviyyəsində olub.
