Bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur

Cəmiyyət Materials 19 May 2026 18:08 (UTC +04:00)
Bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Xidmətdən Trend-ə verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər bə Gəncədə 16 m/s-dək güclənir.

Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Xəbər lenti

Xəbər lenti