Bakı. Trend:
Baku Urban Week çərçivəsində Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasının ərazisində “Şəhərin səsi” adlı
xüsusi mədəni proqram keçirilib. Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına (WUF13) doğru mühüm addım olan bu layihə, Yelo
Bank-ın, eləcə də digər tərəfdaşların dəstəyi, “Torpağın Səsi” və
Atəşhub-un təşkilatçılığı ilə reallaşıb.
Tədbir urbanistika, elektron musiqi, rəqəmsal incəsənət və kino
irsini bir araya gətirərək şəhəri sadəcə binalar və küçələr kimi
deyil, canlı bir ritm və yaddaş kimi yenidən kəşf etmək ideyası
ətrafında qurulub. Bir gecəlik müasir art-məkana çevrilən tarixi
kinostudiyada qonaqlar üçün “Azərbaycanfilm”in tarixinə eksklüziv
ekskursiya təşkil olunub.
Gecə boyu təqdim olunan rəqəmsal proyeksiyalar, canlı 'video
mapping' şouları, xüsusi mural konsepti və tanınmış DJ-lərin
elektron musiqi çıxışları Bakının çoxqatlı mədəni kimliyini fərqli
bir estetika ilə nümayiş etdirib. Tədbirə qatılan beynəlxalq
təşkilatların, biznes və sənət dünyasının nümayəndələri müasir
urbanist gündəliyin inkişafına öz dəstəklərini nümayiş
etdiriblər.
Yelo Bank innovativ ideyaları, yaradıcı iqtisadiyyatı və şəhər
mədəniyyətinin müasir transformasiyasını dəstəkləməkdən qürur
duyur. Bank gələcəyə yönəlmiş bu cür qlobal və kreativ layihələrin
etibarlı tərəfdaşı olmağa davam edəcək.
Sərfəli online kredit
axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!