AZAL-ın Naxçıvan reysləri ləğv edilib

Cəmiyyət Materials 18 May 2026 21:21 (UTC +04:00)
AZAL-ın Naxçıvan reysləri ləğv edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin Naxçıvan istiqaməti üzrə reysləri ləğv olunub.

AZAL-dan Trend-ə verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti