Qırğızıstan dağlıq bölgələrin dayanıqlı inkişafına xüsusi diqqət ayırır - Sadır Japarov

İqtisadiyyat Materials 18 May 2026 16:37 (UTC +04:00)
Qırğızıstan dağlıq bölgələrin dayanıqlı inkişafına xüsusi diqqət ayırır - Sadır Japarov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstan dağlıq regionların və dağ şəhərlərinin dayanıqlı inkişafına xüsusi önəm verir.

Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən WUF13 çərçivəsində liderlərin sammitində çıxışı zamanı deyib.

“Dağlıq ölkə olaraq Qırğızıstam dağ regionlarının dayanıqlı inkişafına xüsusi əhəmiyyət verir. Təəssüflər olsun ki, buzlaqların əriməsi, iqlim dəyişikliyi, əhalinin miqrasiyası və ekosistemlərə artan təzyiq yüksək dağlıq və dağətəyi bölgələrdə yerləşən şəhərlərə mənfi təsir göstərir”,- deyə o qeyd edib.

Sadır Japarov vurğulayıb ki, dağ şəhərlərinin dayanıqlı inkişafı üçün ekosistemlərin dayanıqlığının təmin edilməsi, suya qənaət edən texnologiyaların tətbiqi, ekoloji tullantı emalı sistemlərinin qurulması, həmçinin enerji-səmərəli və seysmik-dayanıqlı həllərdən istifadə etməklə tikinti həllərinin həyata keçirilməsi vacibdir.

Sadır Japarov vurğulayıb ki, dağ şəhərlərinin dayanıqlı inkişafı üçün ekosistemlərin davamlılığının təmin edilməsi, suya qənaət edən texnologiyaların tətbiqi, ekoloji cəhətdən təmiz tullantıların emalı sistemlərinin qurulması, eləcə də enerji səmərəli və seysmik dayanıqlı həllərdən istifadə edilməklə tikintinin aparılması istiqamətində tədbirlərə ehtiyac var.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti