Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar (FOTO)

İqtisadiyyat Materials 18 May 2026 15:38 (UTC +04:00)
Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev ilə birlikdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, həmçinin COP31-in Prezidenti Murat Kurum ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız enerji təhlükəsizliyi sahəsində deyil, həm də enerji keçidi prosesinin əsas sütunlarından biri olan enerji səmərəliliyi istiqamətində genişlənməkdə davam edir", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti