Prezident İlham Əliyev “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib

Siyasət Materials 18 May 2026 14:09 (UTC +04:00)
Prezident İlham Əliyev “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub.

Trend xəbər verir ki, çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər” adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib:

“İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq”.

Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti