Şəhərlər təcrid deyil, inklüzivlik üzərində qurulmalıdır - Anaklaudia Rossbax

Cəmiyyət Materials 18 May 2026 13:40 (UTC +04:00)
Şəhərlər təcrid deyil, inklüzivlik üzərində qurulmalıdır - Anaklaudia Rossbax
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

WUF13 praktiki fəaliyyət, tərəfdaşlıqlar və investisiyalar vasitəsilə bu öhdəliklərin icrasını sürətləndirmək üçün bir fürsətdir.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iştirakçı ölkələrin bir-birini dinləyib, təcrübələri bölüşmək imkanı var.

"Gələcəyin bizə nə gətirəcəyini bilmirik. Amma bu gün insanların üzləşdiyi reallıqları bilirik: iqlim böhranı, köçkünlük, münaqişələr və dağıntılar. Bu çətinliklər fonunda bir milyarddan çox insan hələ də qeyri-sabit şəraitdə yaşayır; suya, sanitar xidmətlərə, elektrikə, işə və təhsilə etibarlı çıxışları yoxdur. Xəstəliklər yayılır və bundan ən çox uşaqlar əziyyət çəkir.

Bakı bu ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli iclasına aydın bir mesaj göndərməlidir. Biz mənzil böhranını yalnız etiraf etməkdən çıxaraq, konkret siyasətlər, investisiyalar və əməli fəaliyyətlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa doğru irəliləməliyik. Ümid edirəm ki, biz Bakıdan adekvat mənzilin hər kəs üçün, heç bir istisna olmadan, əlçatan ola biləcəyinə dair yenilənmiş inamla ayrılacağıq. Bütün regionlarda mənzil siyasətin mərkəzi prioritetinə çevrilir və bu, iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlılığı ilə sıx bağlıdır. Afrika üzrə hökumətlər əlçatan mənzil təminatını, qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılmasını və infrastruktur investisiyalarını irəli aparırlar. Asiya və Sakit okean regionunda bir neçə ölkə şəhər yenilənməsi, əlçatanlıq və genişmiqyaslı mənzil genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Latın Amerikası və Karib hövzəsində isə sosial mənzil və nəqliyyata yönəlmiş şəhərsalma təşəbbüsləri güclənməkdədir.
Şəhərlərimizin gələcəyi təcrid deyil, inklüzivlik üzərində qurulmalıdır. İqlim dəyişikliyi proseslerə getdikcə daha çox təsir edir. Bunu nəzərə alaraq, iqlim fəaliyyəti və mənzil siyasəti artıq ayrı müzakirələr ola bilməz. Artıq həll yollarına fokuslanmaq vaxtıdır. Hamı üçün adekvat mənzil təminatına nail olmağın ən yaxşı yolları hansılardır? Bu sualara cavab tapmaq lazımdır", - o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti