Bakı.Trend:
Növbəti 10 il Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi baxımından həlledici olacaq.
Trend xəbər verir ki, bunu BMT baş katibinin İcra Ofisinin nümayəndəsi, baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil olunan nazirlər görüşündə deyib.
O qeyd edib ki, beynəlxalq ictimaiyyət Yeni Şəhər Gündəliyi üzrə öhdəliklərin müzakirəsindən onların praktiki icrasına keçməlidir. Bununla yanaşı, tərəfdaşlıqların gücləndirilməsi, çoxsəviyyəli idarəetmənin inkişaf etdirilməsi, şəhər və ölkələrin inkişaf maliyyəsinə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Növbəti 10 il həlledici olacaq. Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi prosesində biz bu öhdəlikləri yenilənmiş prioritetlərlə və ambisiyalarla irəli aparmağa çağırılırıq ki, bu da insanlar, xüsusilə də diqqətdən kənarda qalanlar üçün real nəticələr versin”, – deyə o bildirib.
