Rusiya “Avroviziya”ya qayıda bilər

Dünya xəbərləri Materials 17 May 2026 00:41 (UTC +04:00)
Rusiya “Avroviziya”ya qayıda bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya “Avroviziya” mahnı müsabiqəsinə qayıda bilər.

Trend xəbər verir ki, bunu təşkilatın rəhbəri Martin Qrin Britaniyanın "LBC" radiosuna verdiyi müsahibədə bildirib.

Rusiyanın müsabiqədə iştirak üçün geri qaytarılmasının mümkünlüyü ilə bağlı suala o, "bu, nəzəri baxımdan mümkündür”,-deyə cavab verib.

Qeyd edək ki, 25 fevral 2022-ci ildə Avropa Yayım İttifaqı (AYİ) Rusiyanın Ukraynaya hüumu ilə əlaqədar ölkənin daha “Avroviziya” mahnı müsabiqəsində təmsil olunmayacağını bəyan edib. Bu bəyanatdan bir gün sonra Rusiyanın VQTRK, “Pervıy”(Birinci kanal) telekanalları və “Ostankino” radiostansiyası AYİ-nin üzvlüyündən çıxdıqlarını elan ediblər.

“Avroviziya” mahnı müsabiqəsi (Eurovision Song Contest) - 1956-cı ildən etibarən AYİ-yə üzv ölkələr arasında keçirilən estrada mahnı müsabiqəsidir. Hazırda ittifaqda əsasən Avropa ölkələri olmaqla, 50-dən çox ölkədən 110-dan artıq şirkət təmsil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti