"Google" bulud yaddaşının həcmini əhəmiyyətli dərəcədə azaldıb

Dünya xəbərləri Materials 16 May 2026 23:43 (UTC +04:00)
"Google" bulud yaddaşının həcmini əhəmiyyətli dərəcədə azaldıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Google" pulsuz bulud yaddaşının həcmini məhdudlaşdırmağa başlayıb: "Gmail" xidmətinin bəzi yeni istifadəçilərinə 15 GB əvəzinə cəmi 5 GB yaddaş təqdim olunur.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətdən bildirilib ki, məlumatların saxlanılması ilə bağlı yeni siyasəti sınaqdan keçirir.

Bir gün əvvəl “Reddit” sosial şəbəkəsinin istifadəçiləri qeyd ediblər ki, “Google” yeni “Gmail” hesabları üçün yalnız 5 GB pulsuz yaddaş təklif edir.

Qeyd edək ki, “Google” yaddaşından “Google Drive”, “Gmail”, “Google Photos” və “WhatsApp” tətbiqlərində (backup üçün) istifadə olunur. Yaddaş dolduqda istifadəçilər “Google Drive”a fayl yükləyə və ya orada yeni fayl yarada, “Gmail” vasitəsilə məktub göndərə və qəbul edə, həmçinin foto və videoları “Google Photos” buludunda saxlaya bilməyəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti