"Liverpul" niderlandlı qapıçını transfer etmək istəyir

İdman Materials 16 May 2026 14:02 (UTC +04:00)
"Liverpul" niderlandlı qapıçını transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Liverpul" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Alisson Bekerə əvəzləyici axtarırı.

Trend xarici mediaya istinadənxəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Sanderlend"də çıxış edən Robin Roefsdir. Bu barədə "Caught Offside" məlumat yayıb.

"Qırmızılar"ın niderlandlı baş məşqçisi Arne Slot həmyerlisini komandasında görmək istəyir. Klubu 23 yaşlı qapıçı üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Sanderlend" Robin Roefsi mövsümün əvvəlində "NEK Niymeqen"dən 10,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü "qara pişiklər"in heyətində 35 rəsmi matçda meydana çıxıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti