Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 15 May 2026 15:55 (UTC +04:00)
Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti