Qurban Yetirmişlidən zəlzələ proqnozları ilə bağlı açıqlama

Cəmiyyət Materials 15 May 2026 12:19 (UTC +04:00)
Qurban Yetirmişlidən zəlzələ proqnozları ilə bağlı açıqlama
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil.

Trend xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli "Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzusunda keçirilən konfransda çıxışında bildirib.

"Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr ki, zəlzələ olacaq, mənqarışıq hamı durub qaçacaq",- deyə o qeyd edib.

Qurban Yetirmişlinin sözlərinə görə, hazırda vulkanın püskürməyə başladığı dövrdən etibarən ona nəzarət edən cihazlar mövcuddur:

"Əvvəllər isə hansısa vulkan püskürəndə bunu ilk olaraq çoban xəbər verirdi, gedib baxırdıq. Dünyada 2000-dən çox, Azərbaycanda isə 300-dən çox palçıq vulkanı var. Bundan əlavə, dənizin dibində də palçıq vulkanları mövcuddur".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti