Milli Məclisin komitə sədri beynəlxalq konfransda çıxış edib (FOTO)

Siyasət Materials 14 May 2026 16:44 (UTC +04:00)
Milli Məclisin komitə sədri beynəlxalq konfransda çıxış edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 14-də Türkmənistan Parlamentinin təşkilatçılığı ilə “Konstitusiya dövlətin inkişafının və sosial rifahın hüquqi təminatı kimi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda iştirak edib.

Bildirilib ki, tədbirdə çıxış edən komitə sədri Türkmənistanı Konstitusiya Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın adından təbrik edib.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiyası barədə məlumat verən Əli Hüseynli bildirib ki, 1995-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu tarixi sənəd müasir dövlətçiliyimizin təməl daşına çevrilib və dövlətimizin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya demokratiyanın əsasını təşkil edir, siyasi və hüquqi sabitliyi təmin edir, insan hüquq və əsas azadlıqlarının qorunmasına zəmanət verir. Bununla belə, bu sənəd xalqın iradəsini əks etdirir və dövlət idarəçiliyinin, hüququn aliliyinin əsas prinsiplərini müəyyən edir.

Komitə sədri bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya ili” elan olunması bu sahəyə verilən önəmin göstəricisidir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində tam şəkildə bərpa edilib. Eyni zamanda, qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsini və regionda davamlı sabitliyin təmin olunmasını daim dəstəkləyir. Konfransda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qanunvericilik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub.

Sonra tədbirdə Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan parlament nümayəndələri çıxış ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti