Qiymətli metalların fyuçers qiymətləri aşağı düşüb

İqtisadiyyat Materials 15 May 2026 04:29 (UTC +04:00)
Qiymətli metalların fyuçers qiymətləri aşağı düşüb

Bakı. Trend:

Nyu-York Əmtəə Birjasında (NYMEX) və Comex birjasında (NYMEX-in bölməsi) qiymətli metallara — platin, palladium, qızıl və gümüşə olan fyuçerslərin qiymətləri 1,17-6,21 faiz arasında azalma nümayiş etdirib.

Trend-in məlumatınag görə, bu barədə ticarət platformasından bildirilib.

Məlumata əsasən, NYMEX-də 2026-cı ilin iyun ayında tədarük ediləcək palladium fyuçersinin qiyməti bir troya unsiyası üçün 1 450 dollar təşkil edib ki, bu da 5,57 faiz azalma deməkdir. 2026-cı ilin iyul ayında tədarük ediləcək platin fyuçersi isə 5,59 faiz ucuzlaşaraq bir troya unsiyası üçün 2 074,5 dollara enib.

Eyni zamanda, Comex birjasında 2026-cı ilin iyun ayında tədarük ediləcək qızılın qiyməti bir troya unsiyası üçün 4 651,6 dollar olub ki, bu da 1,17 faiz azalma deməkdir. 2026-cı ilin iyul ayında tədarük ediləcək gümüş fyuçersinin qiyməti isə 6,21 faiz azalaraq bir troya unsiyası üçün 83,815 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti