EIA Azərbaycanda 2026-2027-ci illərdə neft hasilatı üzrə proqnozlarını təqdim edib

Energetika Materials 14 May 2026 05:44 (UTC +04:00)
EIA Azərbaycanda 2026-2027-ci illərdə neft hasilatı üzrə proqnozlarını təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının həm 2026, həm də 2027-ci illərdə orta hesabla günə 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.

Bu barədə Trend ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, bu göstərici 2025-ci il üçün qiymətləndirilən günə 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.

Rüblər üzrə bölgüdə EIA Azərbaycanda maye karbohidrogen hasilatını 2025-ci ilin birinci və ikinci rüblərində sutkada 0,57 milyon barel səviyyəsində qiymətləndirir. Daha sonra göstəricinin üçüncü və dördüncü rüblərdə sutkada 0,56 milyon barelə enəcəyi proqnozlaşdırılır.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,55 milyon barel təşkil edəcək, ikinci rübdə günə 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə günə 0,53 milyon barelə qədər azalacaq.

Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır: hasilatın birinci rübdə sutkada 0,55 milyon barel, ikinci rübdə günə 0,54 milyon barel, ilin ikinci yarısında isə günə 0,53 milyon barel səviyyəsində olacağı gözlənilir. Bu da illik orta göstəriciningünə 0,54 milyon barel təşkil etməsini təmin edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti